Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərq və Şimali Afrikada yeni geosiyasi şərait yaranır

Yaxın Şərq və Şimali Afrikada yeni geosiyasi şərait yaranır

Qahirə, 7 sentyabr, AZƏRTAC

Beynəlxalq siyasi analitiklər iddia edirlər ki, Yaxın Şərq və Şimali Afrika regionunda “Soyuq müharibə” dövründən sonra geosiyasi proseslərin üçüncü mərhələsi başlayır.

ABŞ-ın Rutgers Universitetinin Yaxın Şərq Tədqiqatları Mərkəzinin son tədqiqatında bildirilir ki, birinci dalğa Birinci Dünya müharibəsindən sonra - Osmanlı imperiyasının dağılması nəticəsində başlayıb. Sonrakı mərhələ İkinci Dünya müharibəsi, Avropa müstəmləkələrinin süqutu ilə müşayiət olunub. Hazırkı - üçüncü dalğa isə ABŞ-ın Yaxın Şərqdə mövqeyinin zəifləməsi və regionda siyasi iğtişaşlar şəraitində başlayır. Bu kontekstdə “İslam dövləti” adlanan ekstremist qrupun fəaliyyətinin ağır fəsadları da nəzərə alınmalıdır.

Geosiyasət coğrafi məkan, siyasi güc və xarici siyasət kursunun məcmusu kimi dövlətlər, xalqlar, resurslar, ətraf mühit, ticarət marşrutları və digər amillərdən ibarətdir. Qərb politoloqları hesab edirlər ki, Yaxın Şərqdə üçüncü dalğanı gətirən bütün bu sahələr üzrə proseslər zəif dövlətlər, iqtisadi böhran, sosial bərabərsizlik və yoxsulluq, münaqişələr, xarici müdaxilə və radikalizmin getdikcə artması şəraitində davam edir. Qədim sivilizasiyaların mərkəzi, bəşəriyyətə üç böyük səmavi din bəxş etmiş bu regionda fars, ərəb və Osmanlı irslərinin təsiri mühüm amillərdir.

Yaxın Şərq və Şimali Afrikanın zəngin yeraltı və yerüstü sərvətləri olan bu region daim xarici güclər, o cümlədən avropalılar, ruslar və amerikalılar üçün cəzbedici olub. Müstəmləkəçi Avropa, imperialist Rusiya və kapitalist Amerika burada öz təsirini qorumağa həmişə can atıblar. İndi başlayan yeni mərhələnin nəticələri isə ərəb dünyasının birliyi və həmrəyliyindən asılı olacaq.

İkinci mərhələnin xarici aktorları

Tarixdən məlum olduğu kimi, son qlobal İslam gücü - Osmanlı imperiyasının süqutundan sonra Yaxın Şərq və Şimali Afrikada Böyük Britaniya, Fransa və İtaliyanın təsiri artıb. Ərəbləri, xüsusən misirliləri Osmanlıya qarşı üsyana qaldıran da ingilislər olub. Lakin ərəblərə verilən vədlərin heç biri yerinə yetirilməyib. Başqa sözlə desək, avropalılar onları aldadıblar. 1916-cı ildə Böyük Britaniya, Rusiya imperiyası, Fransa və İtaliyanın iştirakı ilə imzalanan Sayks-Piko müqaviləsi ilə Yaxın Şərqdə müəyyən edilən şərtlər isə yeni müstəmləkəçiliyin əsasını qoydu. Ərəblər daha ağır vəziyyətə düşdü və gələcək ərazi mübahisələri, münaqişələrin əsası qoyuldu. Yerli əhaliyə miras olaraq dağılmış iqtisadiyyat, deqradasiyaya uğramış mədəniyyət və talanmış sərvətlər buraxıldı.

İkinci Dünya müharibəsi regionda Avropa müstəmləkələrinin süqutunu şərtləndirdi. Lakin yeni çəkilən sərhədlər Yaxın Şərqdə gələcək münaqişələrin əsasını qoydu. Hakimiyyəti ələ keçirən qəbilə başçıları isə vəziyyəti daha da gərginləşdirdilər. İkinci mərhələdə müstəmləkəçilik neokolonializm ilə əvəz olundu, ABŞ isə zaman keçdikcə regionda Qərbin əsas aktoruna çevrildi. 1958-1961-ci illərdə Misir, Suriya və Birləşmiş Ərəb Əmirliklərində panərəbizm meyilləri gücləndi və Britaniyanın hegemonluğuna son qoyuldu. “Soyuq müharibə” dövründə regiondan geri çəkilən avropalıların yerini isə bir-biri ilə mübarizə aparan ABŞ və SSRİ tutdu. Bu mübarizənin fonunda ərəb dövlətləri İordaniya, Səudiyyə Ərəbistanı, 1958-ci ilədək dövrdə olan İraq və ərəb olmayan İran kimi qərbyönlümü monarxiyalara, Misir, Suriya, Əlcəzair, Liviya və Şimali Yəmənin timsalında İslam sosialist dövlətlərinə bölündülər. İki qlobal güc - Vaşinqton və Moskva arasında regionun zəngin yeraltı sərvətləri uğrunda gərgin mübarizə başlandı və bu, SSRİ-nin süqutuna qədər davam etdi. Daha bir mühüm geosiyasi amil isə regionda İsrail Dövlətinin yaranması və uzun illər davam edən ərəb-İsrail müharibələri oldu.

Üçüncü dalğanı şərtləndirən amillər

Brookings Xarici Siyasət İnstitutunun 10 aparıcı ekspertinin analitik hesabatında qeyd edilir ki, bir neçə onillik millətçi çevrilişlərə, İsraillə müharibəyə, “ərəb baharı” adlı ağır sosial, iqtisadi və siyasi sarsıntılara səhnə olan Yaxın Şərq və Şimali Afrika regionu yeni mərhələyə qədəm qoyur. Hərbi çevrilişdən sonra Misirdə vəziyyət sabitləşib və ölkə inkişaf mərhələsinə adlayıb. Lakin bunu “ərəb baharı”nın ağır fəsadlarından hələ də qurtula bilməyən Tunis, Liviya və Suriya haqqında söyləmək mümkün deyil.

Siyasi analitiklər hesab edirlər ki, ABŞ-ın regionda mövqeyinin zəifləməsi fonunda yeni aktorlar - Çin, Rusiya və Türkiyənin təsiri artmaqdadır. Moskva və Ankaranın Liviya və Suriyada vəziyyəti nəzarət altına alması Qərbi narahat edir. Vaşinqtonun əsas regional siyasəti isə İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşmasına yönəlib. İlk addım olaraq, Birləşmiş Ərəb Əmirlikləri İsraillə diplomatik münasibətlər qurduğunu və müxtəlif sahələrdə əməkdaşlıq edəcəyini açıqladı. Bunun ardından ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampın Yaxın Şərq üzrə müşaviri Cared Kuşnerin ərəb dövlətlərinin liderləri ilə danışıqları baş tutdu. Bəyan edildi ki, tezliklə 22 ərəb ölkəsi İsraillə münasibətləri normallaşdıracaq. Bunun qarşılığında isə İsrailin Fələstin torpaqlarını ilhaqını dayandıracağı vəd edilib.

Bölgədə şiə ideologiyası zəminində öz təsirini hiss etdirmək istəyən İranın Yəmən və İraqda həmlələri də davam edəcək.

Lakin İŞİD-in ideoloji bazasını təşkil edən Sələfi, digər tərəfdən isə vəhhabi təriqətləri arasında qarşıdurma, “Əl-Qaidə” və digər ekstremist qrupların destruktiv fəaliyyəti yaxın gələcəkdə Yaxın Şərq və Şimali Afrika regionunda silahlı münaqişələrin davam edəcəyini göstərir. Politoloqların fikrincə, ABŞ-ın regionda təsirinin azalması, Vaşinqtonun Yaxın Şərq neftindən asılı olmadığını bəyan etməsi məhz ekstremistlərin əl-qolunu açacaq. Digər tərəfdən, Körfəz Dövlətləri Şurasına üzv ölkələrin ərəb dövləti olan Qətərlə kəskin münasibətləri, İsraillə əlaqələrin qurulması fonunda İranla gərginliyin artması, Yəmən və Liviyada silahlı münaqişələr göstərir ki, regionda dayanıqlı sülhün və sabitliyin tezliklə bərqərar olması mümkün deyil.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub