YAXT KLUBDA İNTERNAT MƏKTƏBİN UŞAQLARI ÜÇÜN BAYRAM ŞƏNLİYİ
AZƏRTAC xəbər verir ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Mərdəkandakı 2 nömrəli internat məktəbin uşaqları üçün Yaxt klubda bayram şənliyi təşkil etmişdir.
Şaxta baba və Qar qız uşaqları təbrik etdilər, onlara bayram hədiyyələri verildi. Sehirbazın çıxışı böyük maraqla qarşılandı. Uşaqlar şeirlər söylədilər, şən musiqi sədaları altında rəqs etdilər, mahnı oxudular.
Şənlik bayram süfrəsi arxasında davam etdirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]