“Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 5-də “Sea Breeze”də baş tutacaq “Yay musiqi konserti”ndə iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi avtobuslar ayrılıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin saat 16:30-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 23:30-dan 01:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.
“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]