Yeddinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verilib
Bakı, 4 mart, AZƏRTAC
2013-cü ildə Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Mədəniyyət Nazirliyi ilə birlikdə və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi təsis edilib.
Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, 12 il ərzində Bakı Beynəlxalq Memarlıq müsabiqələrində dünyanın 53 ölkəsindən ümumilikdə 1250 memar iştirak edib, müsabiqənin reytinqi yüksəlib, coğrafiyası genişlənib, müsabiqə dünyanın müxtəlif qitələrində çalışan memarların diqqətini cəlb etməyə başlayıb.
Bu ilin martın 1-də Azərbaycan Memarlar İttifaqı növbəti - Yeddinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verildiyini elan edib. Müsabiqəyə təqdim olunan əsərlər dünyanın müxtəlif regionlarından xüsusi dəvət olunmuş mötəbər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yekunlar bu ilin oktyabr ayının əvvəlində elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]