Yəməndə Ramazan tədbirində yaranan izdihamda 78 nəfər ölüb
Bakı, 20 aprel, AZƏRTAC
Yəmənin paytaxtı Sənada Ramazan xeyriyyə tədbirində atışma və elektrik stansiyasında partlayış baş verib. Bunun nəticəsində izdihamda 78 nəfər həlak olub, 73 sakin yaralanıb.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, husi qiyamçılarının nəzarəti altında olan Sənada ərzaq yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb. Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb. Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib. Husilər xeyriyyə tədbirinin keçirildiyi məktəb binasını mühasirəyə alıb və jurnalistlərin yaxınlaşmasının qarşısını alıblar.
Husi qiyamçılarının baş qərargahı bəyan edib ki, atış açan şəxslər axtarılır. Həlak olanların ailə üzvlərinə 2 min dollar, yaralılara isə 400 dollar təzminat ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO
- 06.10.2026 [11:44]