YENİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Rabitə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı şəhərində 36 indeksli yeni ATS istifadəyə verilmişdir.
Nazirliyin və “Ultel” Birgə Müəssisəsinin mütəxəssisləri tərəfindən yeni ATS-də müasir tipli avadanlıqlar quraşdırılmışdır.