Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yeni dövrün Azərbaycanı” adlı XVII beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsinin Azərbaycan dövlətinin quruluşu və müasir inkişaf dinamikası baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, konfrans Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin araşdırılmasına həsr olunub və bu istiqamətdə elmi-tədqiqatların genişləndirilməsini hədəfləyir.

Rektorun sözlərinə görə, builki konfransın əsas istiqaməti “Bütöv Azərbaycan” konsepsiyası və bu çərçivədə alim və tədqiqatçılar müxtəlif sahələr üzrə fənlərarası yanaşmalar əsasında güclü Azərbaycan modelini araşdırırlar.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan həm tarixi inkişafı, həm beynəlxalq münasibətlər sistemi, həm də xalqlararası əlaqələr baxımından dünyanın önəmli ölkələrindən birinə çevrildiyini söyləyib. O bildirib ki, Heydər Əliyevin şəxsiyyəti ilə Azərbaycanın dövlətçilik prinsipləri arasında xüsusi bir vəhdət mövcuddur. Deputatın sözlərinə görə, Azərbaycanın bugünkü xarici siyasət kursu bütün dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Səməd Seyidov qeyd edib ki, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi, siyasi kursu və inkişaf istiqamətləri birbaşa Heydər Əliyevin irsindən qaynaqlanır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bu gün Qarabağın yenidən qurulması prosesinin Heydər Əliyevin dövlətçilik məktəbinin prinsipləri əsasında həyata keçirilməli olduğunu söyləyib. O bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davamıdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu gün milli birliyin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biridir. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mahirə Hüseynova vurğulayıb ki, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi dövlətin gələcək inkişaf strategiyasının vacib istiqamətlərindəndir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, müasir Azərbaycanın beynəlxalq nüfuzu və strateji gücü Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun nəticəsidir. O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın xarici siyasət prioritetlərini milli maraqlar üzərində quraraq ölkənin gələcək inkişaf modelinin əsasını formalaşdırıb. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradan güclü dövlətə çevrilib. Rizvan Nəbiyevin sözlərinə görə, “Yeni dövrün Azərbaycanı” konsepsiyası məhz Ulu Öndərin ideyalarının müasir dövrdə praktik təcəssümüdür.

Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov isə Azərbaycan və Özbəkistan arasında sosial, iqtisadi, mədəni və humanitar əlaqələrin təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun səyləri nəticəsində qoyulduğunu vurğulayıb. O bildirib ki, bu gün müasir Azərbaycan dövlətinin memarı Prezident İlham Əliyev və Yeni Özbəkistanın qurucusu kimi tanınan Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həmin münasibətlər yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyub.

Rektor qeyd edib ki, Özbəkistanda Heydər Əliyev adı yalnız müasir Azərbaycan dövlətçiliyi ilə deyil, həm də güclü, suveren, elmə və mədəni köklərə söykənən dövlət modeli ilə assosiasiya olunur. Bahodir Xolikov Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, iki ölkə arasında akademik əməkdaşlıq yalnız formal sazişlərlə məhdudlaşmamalı, birgə tədqiqatlar, tələbə mübadiləsi və ortaq təhsil layihələri əsasında strateji tərəfdaşlığa çevrilməlidir.

Tədbir bədii hissə ilə davam edib.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ələkbər Baxşıyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı nefti və Azərbaycan neftçilərinin fədakar əməyi qələbənin qazanılmasında həlledici paya malik olmuşdur-RƏY

Girne Amerikan Universitetinin rektoru BDU-da olub

Jitomirdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilbordlar quraşdırılıb

Qlobal iqtisadi mühitdə risklər artır və tranzit marşrutların şaxələndirilməsi zərurətə çevrilir – ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Bolqarıstan parlamenti Rumen Radevin yeni hökumətini təsdiqləyib

İsraildə Ümummilli Liderin xatirəsi anılıb

Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Mütəxəssis: Talassemiyanın yayılmasının qarşısını almaq mümkündür

Monqolustanlı nazir: Azərbaycanla imzaladığımız saziş birbaşa uçuşların açılmasına hüquqi zəmin yaradır

Milli komandanın voleybolçusu ilə müqavilənin müddəti uzadılıb

Xocavənd şəhərində daha 57 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Kir Starmer partiyasının yerli seçkilərdə uduzması fonunda istefa verməyəcəyini bildirib

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

Kaya Kallas: Separatçı Dnestryanı bölgəsi Moldovanın Aİ-yə qoşulmasına maneə yaratmayacaq

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Əfqanıstanda avtobus qəzası: 2 nəfər ölüb, 51 nəfər yaralanıb

“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans

Müasir Azərbaycanın memarına ehtiram

Ağdam şəhərində daha 41 ailəyə mənzillərin açarları təqdim olunub

Ulu Öndər öz xilaskarlıq missiyası ilə Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas edib

BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub

Rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib

Azərbaycan və Özbəkistan futbol sahəsində əməkdaşlığı gücləndirir

“Gənclik Festivalı – Şahbuz 2026” rəngarəng proqramlarla yadda qalıb

Gələn il dünyada temperatur rekord həddə yüksələ bilər

“Air Astana” aviaşirkətinə məxsus təyyarə mühərrik nasazlığı səbəbindən Aktobe hava limanında təcili eniş edib

Belarus ilə Azərbaycan birgə layihələrin həyata keçirilməsi istiqamətində iş aparır

BMT Fransaya Yeni Kaledoniyanın yerli xalqı qarşısında öhdəlikləri xatırladıb

Sadıq Sadıqov: İnanıram ki, “Neftçi” yaxşı nəticələrlə öz əzəmətini qaytaracaq

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Özbək rektor: Heydər Əliyev irsi milli inkişafın strateji modelidir

Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib

Şərur rayonunun 2 kəndinin qaz təchizatı dayandırılacaq

Oleksiy Kuleba: Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyə görə minnətdarıq

Gəncə Dövlət Universitetində WUF13 ilə bağlı təqdimat olub

Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir

“Sabah”a çempionluq kubokunun təqdim olunacağı tarix müəyyənləşib

Qvendolin Kollaço: “Azərbaycan pavilyonu mədəniyyətlərin və beynəlxalq əməkdaşlığın qovşağını təmsil edir”

Aktauda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

Yevlax–Bərdə dəmir yolu xəttində əsaslı təmir işlərinə başlanılır

Deputat: 2040-cı ilin azərbaycanlısı qalib Azərbaycanın vətəndaşı kimi formalaşacaq

Ulu Öndərin azərbaycançılıq məfkurəsi beynəlxalq elmi müstəvidə araşdırılır

Azərbaycanın inkişaf modeli fəlsəfənin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır

DSMF beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

EMTA fəaliyyət istiqamətlərinə dair 2026-cı ilin aprel ayı üzrə nəticələri açıqlayıb

Növbəti “Kənddən Şəhərə” yarmarkasında 120-yə yaxın məhsul satışa çıxarılacaq

Mükafatlandırılan sənətkarın yeni səhnə hədəfləri

Azərbaycan millisinin voleybolçusu çempion komanda ilə yeni müqavilə imzalayıb

Davamlı inkişaf və siyasi varislik: Heydər Əliyev irsi kontekstində

Astaralı “canlı xəritə” - 7 yaşında 190 ölkəni tanıyır

Venesiya Biennalesinin prezidenti Azərbaycanın iştirakını yüksək qiymətləndirib

Əlcəzairdə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Ümummilli Liderin əziz xatirəsi İstanbulda ehtiramla yad edilib

Fransada X sosial şəbəkə hesabı ilə bağlı məhkəmə istintaqı başlayıb

Milli Məclisdə Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin sessiyasında təmsil olunub

Azərbaycan və Ukrayna işgüzar dairələrinin əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Venesiya İncəsənət Biennalesində: “Diqqət” layihəsi qlobal mədəni dialoqun mərkəzində

"Neftçi"nin 3x3 basketbol komandası Dünya Seriyasının yarımfinalında

Prezident İlham Əliyevin İrəvan mesajları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Ekspert rəyi

Formula 1 Azərbaycan Qran-Prisinin könüllü proqramına rekord sayda müraciət olub

Ağsu dolaylarında torpaq sürüşməsi - əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib AÇIQLAMA

Sabah hava əsasən yağmursuz olacaq

WUF13 tədbirinin media tərəfdaşları elan edilib

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanının vaxtı açıqlanıb

İcma rəhbəri: Milli Qəhrəman Albert Aqarunov Azərbaycan torpağının hər qarışı uğrunda döyüşürdü

Qazaxıstanda vətəndaşların seçkilərdə məcburi iştirakını tətbiq etmək nəzərdə tutulmur

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

Roma Papası XIV Leo Həzrətlərinə

Şahin Bağırov: Ağbənd keçid məntəqəsi üzrə işlərin yaxın müddətdə tamamlanması nəzərdə tutulur VİDEO

Şahin Bağırov: Ağbənd keçid məntəqəsi üzrə işlərin yaxın müddətdə tamamlanması nəzərdə tutulur VİDEO

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

ASEAN ölkələrinin liderləri Yaxın Şərq müharibəsinin nəticələrini müzakirə edirlər

AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Ali Məhkəmə nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Kuboku: 30 finalı ümumilikdə 300 minə yaxın tamaşaçı izləyib

® İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 12 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

DGK sədri: Orta Dəhliz boyunca infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində layihələr icra olunur

Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib

Şəhid ailələri Türkiyənin Çanaqqala və İstanbul şəhərlərini ziyarət ediblər

“Azərkosmos” DIFI Konsorsiumuna üzv olub

Daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

“Aeroflot” aviareyslərin cədvəlində düzəlişlər edir

KOBİA neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinə müraciət edib

NBA: “Detroyt Pistons” və “Oklahoma Siti Tander” seriyada növbəti qələbələrini qazanıblar

BDU-da görüş: əmək bazarı və təhsil

“Professor Nəsir İmanquliyev dərsləri” - tələbələr üçün yeni təcrübə fürsəti

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər

Qızılın qiyməti həftəni artımla tamamlamağa yönəlib

BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır

BMT-nin ekspert qrupu ÜDM-ə alternativ meyarlarla bağlı hesabat hazırlayıb

Yerin məsafədən öyrənilməsində müasir texnologiyalar və süni intellektin rolu - elmi seminar