Bolqarıstan parlamenti Rumen Radevin yeni hökumətini təsdiqləyib
Bakı, 8 may, AZƏRTAC
Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radevin formalaşdırdığı yeni hökumətin tərkibini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “The Sofia Globe” nəşrinin məlumatına görə, yeni hökumətin lehinə 122 deputat, əleyhinə isə 70 deputat səs verib, təxminən 40 nəfər bitərəf qalıb.
Parlamentdə çıxış edən Radev bildirib ki, onun hökuməti “milli suverenliyi möhkəmləndirməyi və Bolqarıstanın maraqlarını konstruktiv yanaşma ilə dəstəkləməyi” hədəfləyir. O, Sofiyanın Avropa İttifaqında və NATO-da “səsini” gücləndirmək niyyətindədir. Radev, həmçinin Bolqarıstanın hərbi münaqişələrə cəlb olunmasına yol verməyəcəyini vəd edib.
Xatırladaq ki, Rumen Radevin partiyası apreldə keçirilən parlament seçkilərində seçicilərin təxminən 45 faizinin dəstəyini qazanaraq qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]