Yeni gen terapiyası qan xəstəliklərinin müalicəsində ümid yaradır – tədqiqat
Bakı, 17 aprel, AZƏRTAC
Yeni gen redaktə terapiyası bəzi irsi qan xəstəliklərinin müalicəsində mühüm nəticələr verib.
AZƏRTAC “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə araşdırma “Nature” jurnalında dərc olunub. Tədqiqata əsasən, Çin alimləri tərəfindən hazırlanmış “CS-101” terapiyası beta-talassemiya xəstələrində uğurla tətbiq edilib və onları qan köçürülməsi asılılığından azad edib.
Bildirilib ki, klinik sınaqlarda iştirak edən xəstələrdə qan hüceyrələrinin bərpası sürətlə baş verib və stabil nəticələr əldə olunub. Qeyd edilib ki, bu yanaşma DNT-də kəsiklər yaratmadan genetik dəyişiklikləri dəqiq şəkildə həyata keçirən yeni texnologiyaya əsaslanır.
Mütəxəssislər hesab edirlər ki, bu üsul gələcəkdə digər genetik qan xəstəliklərinin müalicəsi üçün də geniş imkanlar aça bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [22:22]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
"Qəbələ" Premyer Liqada qalıb
- [20:50]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]