YENİ İLDƏ FRANSANIN DAĞ-XİZƏK KURORTLARINDA FACİƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransız Yeni ili Alp dağlarında qarşılayan xizəksürənlərin bəziləri fəlakətə düçar olmuşdur. Belə ki, Savua rayonunda 1850 metr hündürlükdə xizəksürən iki əcnəbi turist qar uçqununun altında qalaraq ölmüşdür. Pis hava şəraiti xilasedicilərə onların meyitlərini çıxarmağa imkan verməmişdir. Mon Blan və Şamoni dağlarında baş vermiş qar uçqunları isə daha iki turistin həyatına son qoymuş, iki nəfər yaralanmış, dörd adam itkin düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]