YENİ İŞ YERLƏRİ AÇILIR
AZƏRTAC xəbər verir ki, Əli Bayramlıda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla yerinə yetirilir. Bayramlı qəsəbəsində son vaxtlar bir sıra emal sahələri yaradılmış, 200-dən çox daimi və müvəqqəti iş yeri açılmışdır. Burada büdcə vəsaiti hesabına yeni tibb məntəqəsi və poçt şöbəsi də istifadəyə veriləcəkdir.