“Yeni məktəb” dərsliyi transfoneliterasiya olunaraq yenidən çap edilib
Bakı, 30 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə müəssisənin Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin baş kitabxanaçısı Səadət Nəsirovanın transfoneliterasiya edib “Ön söz” yazaraq nəşrə hazırladığı “Yeni məktəb: türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli”nə həsr olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab Azərbaycanın görkəmli maarif xadimləri Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin 1909-cu ildə birgə hazırladıqları “Yeni məktəb” (Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı) adlı dərsliyin transfoneliterasiya olunmuş variantıdır. Burada “Məktəb və ailə”, “Çalışqanlıq və bilik kəsbi”, “Kömək və ittifaq”, “El arasında”, “İnsan”, “Heyvanat”, “Nəbatat”, “Su-Dəniz”, “Coğrafiyaya dair məlumat”, “Nəsihətlər” sərlövhələri altında insana, ailəyə, elmə, məktəbə, təbiətə dair bir çox məsələlərə toxunulub, əxlaqi-tərbiyəvi mövzuda maraqlı nümunələrə yer verilib.
Yeni nəşrin elmi məsləhətçisi professor Yaqub Babayev, elmi redaktoru dosent Əzizağa Nəcəfov, rəyçiləri Hacı Mustafa Mailoğlu və Qutiyera Cəfərova, texniki redaktoru isə Vüqar Hacıyevdir. Kitabda yer almış lüğətin müəllifi Səadət Nəsirovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]