YENİ NASOS STANSİYASI QURAŞDIRILIR
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yeni nasos stansiyasının quraşdırIlmasına başlanmışdır. Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, nasos stansiyasının quraşdırılması nəticəsində Aşağı Kəsəmən və Zəlimxan kəndlərinin 200 hektardan artıq əkin sahəsi suvarma suyu ilə tam təmin olunacaqdır.