Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni nəşr: İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri

Yeni nəşr: İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri

Bakı, 31 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri” adlı yeni nəşri çap edilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsinə həsr edilmiş kitabın nəşri 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə təsadüf edib. Kitabın baş redaktoru institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Zaur İmrani və Şamil Əzizovdur.

Məqalələr toplusundan ibarət kitabda Azərbaycanın əzəli torpaqları olan İrəvan quberniyasında əhali sayının dəyişməsi, bu prosesdə onun milli tərkibində baş verən dəyişikliklər, Azərbaycan türklərinin əhali arasında sayının tədricən azalması, quberniyanın türk mənşəli toponimlərinin tədricən dəyişdirilməsi istiqamətləri təhlil olunur. Kitab əhali coğrafiyası, tarixi demoqrafiya və toponimika ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq və mövzunun aktuallığını, oxucu kütləsinin geniş marağını nəzərə alaraq kitabın sonuncu səhifəsində yer almış “Nəticələr”i diqqətinizə çatdırırıq.

Toponimiyanın inkişafı cəmiyyətin inkişaf dinamikası ilə sıx bağlıdır. Coğrafi adlar olmadan sivilizasiyanı, xalqlar və ölkələr arasındakı əlaqələri təsəvvür etmək olmaz. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində əsrlərlə mövcud olmuş türk-Azərbaycan mənşəli toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi cinayət və xalqımızın tarixinə zərbədir. Toponimik araşdırmalar sübut edir ki, indiki Ermənistan ərazisinin toponimiyası Azərbaycan toponimiyasının tərkib hissəsi olub və ümumtürk toponimiyasının bir hissəsini təşkil edir.

Son iki erməni-azərbaycanlı müharibəsi (1988-1993 və 2020-ci illər) haqqında çox danışıb-yazırlar, lakin biz unutmamalıyıq ki, iki respublikanın qarşıdurması keçən əsrin əvvəlindən, yəni yüz il əvvəl başlanıb. Bu müddət ərzində ermənilər öz əsas məqsədlərinə (azərbaycanlıları məhv etmək, qovmaq yolu ilə onların ərazilərini zəbt etmək) çatmaq üçün yeddi dəfə elan olunmayan müharibə aparıblar: 1) 1905-1906-cı illər; 2) 1914-1917-ci illər; 3) 1918-ci il; 4) 1919-cu ilin may-iyun ayları; 5) 1920-ci ilin sonu; 6) 1988-1993-cü illər; 7) 2020-ci ilin sentyabr- noyabr ayları.

Qərbi Azərbaycanda Rusiya imperiyasının xristianlaşdırma siyasəti nəticəsində Azərbaycan türklərinin XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərində öz tarixi torpaqlarından 8 dəfə kütləvi deportasiyası həyata keçirilib. İki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. Yalnız XX əsr ərzində iki milyon Azərbaycan türkü indiki Ermənistandan - Qərbi Azərbaycandan, tarixi-etnik torpaqlarından qovulmuşlar.

Ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən XVIII əsin əvvəlindən başlamışdır. Bu məqsədlə rus çarı 1724-cü il 10 noyabr tarixli sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edirdi.

I Pyotrun ermənilərlə əlaqədar siyasəti II Yekaterina, sonralar imperatorlar I Aleksandr və I Nikolay tərəfindən davam etdirilib. 1828-ci il martın 21-də I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının yerində yeni yaradılmış Erməni vilayətinin tərkibinə daxil olan 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Bunlardan isə yalnız 14 kəndin adı erməni mənşəli idi.

İndiki Ermənistan ərazisində XIX əsrin ortalarında mövcud olmuş 2310 yaşayış məntəqəsindən 1750-nin adı zaman-zaman dəyişdirilib. Son iki yüz il ərzində azərbaycanlıların yaşadığı minə yaxın kənd tamamilə dağıdılıb və iki milyon soydaşımız qətlə yetirilib. XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri Qərbi Azərbaycanda, işğal olunmuş ərazilərdə və xəritələrdə kütləvi şəkildə Azərbaycan-türk mənşəli coğrafi adların dəyişdirilməsinə və erməniləşdirilməsinə başladılar. Ümumilikdə türk etimologiyasına aid 15 mindən çox coğrafi ad (toponimlər) “toponimik soyqırımına” məruz qaldı.

Rusiya imperiyasının layihəsi kimi yaradılan kvazidövlət Ermənistanda ermənilər azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçmiş və millətçilik, qatı şovinizm siyasətini müxtəlif kartoqrafik mənbələrə də (xəritə, atlas) köçürmüşlər. Onlar nəzərə almırlar ki, indiki Ermənistanda Azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafi xəritələrdən silib atmaq mümkün deyil. Məsələn, rus hərbi topoqraf-xəritəçilər tərəfindən tərtib və nəşr olunan “Qafqaz hərbi dairəsinin 1903-cü ilin hərbi-topoqrafik xəritəsi” olduqca zəngin informasiyaya (məzmuna) və Ermənistanın əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Onun əsasında nəşr olunmuş “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən çıxarılmış oykonim, oronim və hidronimlərin siyahıları göstərmişdir ki, indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq çoxluğu (80-90 faizdən çoxu) Azərbaycan mənşəlidir. Digər kartoqrafik əsərdə - “Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi”ndə (Leninqrad, 1931) toponimlərin dil mənsubiyyətinə görə statistik paylanması (Azərbaycan-türk mənşəli adlar 78 faiz, erməni mənşəli adlar 3,4 faiz, digər mənşəli adlar 18,6 faiz) müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyətinin Azərbaycan-türk mənşəli olduğunu bir daha təsdiq edir.

Azərbaycan xalqına qarşı təcavüzkar siyasət XVIII əsrin əvvəlindən fasiləsiz olaraq davam etməkdədir. Üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə vandalizm münasibətinin təşkil olunmasına baxmayaraq, Azərbaycan xalqı mübarizə aparır, yaşadır-yaradır və daim inkişaf edir.

Vətən müharibəsində (2020-ci il) qazanılan Zəfər Azərbaycan xalqının məqlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydın oldu ki, erməni millətçi-şovinistlərinin həyata keçirmək istədiyi “miatsum” (“birləşdirmə” - Qafqazda yaşayan ermənilərin bir dövlətdə birləşdirilməsi) millətçi ideyası və “böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək.

2020-ci il noyabrın 10-da Azərbaycan xalqı bu erməni miflərini tarixin zibilliyinə atdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq