YENİ POÇT BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 15 iyun - Milli Qurtuluş günü ərəfəsində Xaçmazın Kənd Xudat, Qobustanın Cəyirli, Şamaxının Cabanı və Sağyan kəndlərində, həmçinin Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində poçt şöbələri üçün müasir üslubda tikilən yeni binalar istifadəyə verilmişdir.
Bayram münasibətilə həmçinin Qəbələnin Hacallı, Qusarın Yuxarı Zeyxur, Yardımlının Yolacaq kənd ATS-lərinin nömrə tutumları da genişləndirilmişdir.