Yeniyetmə güləşçilərimiz Bakı birinciliyində qüvvələrini sınayacaqlar
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakıdakı idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
Dörd gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85, 100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Proqrama əsasən, oktyabrın 13-14-də sərbəst, 15-16-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar respublika turnirinə vəsiqə əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]