YERLİ ŞİRKƏT BTC-NİN KEÇƏCƏYİ ƏRAZİDƏ MÜVƏQQƏTİ DÜŞƏRGƏLƏRƏ XİDMƏT ETMƏYƏ DAİR MÜQAVİLƏ İMZALAMIŞDIR
“bp-Azərbaycan” şirkətinin ofisindən AZƏRTAC-a bildirmişlər ki, yerli “REM Service” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca ərazidəki bütün qurğulara xidmət göstərilməsinə dair daha bir müqavilə imzalamışdır. Şirkət Yevlax və Kürdəmirdəki nasos stansiyaları yaxınlığında yaradılan müvəqqəti düşərgənin bina və ofislərinə xidmət göstərəcəkdir.
Bundan əlavə, şirkət bütün heyətin ərzaq məhsulları, məişət əşyaları ilə təmin edilməsi üçün məsuliyyət daşıyacaq, habelə fəhlə şəhərcikləri sakinlərinin daşınması ilə məşğul olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]