YEVLAX GÖMRÜKXANASI ÜÇÜN YENİ KOMPLEKS TİKİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Elbi” tikinti şirkəti Yevlax gömrükxanasının maddi-texniki bazasını möhkəmləndirmək üçün burada tikiləcək gömrük bazaları, ofis, anbar və digər yardımçı binaların layihəsini başa çatdırmışdır. İnşaat işləri Dövlət Gömrük Komitəsinin maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.
Tikinti üçün ayrılmış ərazidə köhnə binalar sökülmüş, sahə inşaat işləri aparmaq üçün hazır vəziyyətə gətirilmişdir. Kompleksdə yeməkxana və istirahət guşələri də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]