YEVLAXDA YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yevlax şəhərində 500 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Nəriman Nərimanov adına 9 saylı bu məktəb 1936-cı ildə tikildiyindən yararsız hala düşmüşdü. Məktəb yeni mebel, kompüter dəstləri və digər ləvazimatlarla təmin olunmuşdur. Məktəbin idman zalı, kitabxana və yeməkxanası vardır.
Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev respublika təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər məktəbin müəllim və şagird kollektivini təbrik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]