Yığmanın baş məşqçisi: Ümid edirəm ki, bu nəticələr Azərbaycan basketbolunda daha çox olacaq
Bakı, 16 iyul, AZƏRTAC
“On aya yaxındır bütün gücümüzlə çalışırdıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbəllütariqdə keçirilən Avropa çempionatının C divizionunun qalibi olan 16 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisinin baş məşqçisi Evrən Alkaya deyib.
Türkiyəli mütəxəssis çəkdikləri əziyyətin bəhrəsini gördüklərini bildirib: “Çox xoşbəxtik. Ümid edirəm ki, bu nəticələr Azərbaycan basketbolunda daha çox olacaq. Bizə dəstək olan Azərbaycan Basketbol Federasiyana və azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan millisi turnirin finalında Kipr seçməsinə 69:52 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]