YOL HƏRƏKƏTİ QAYDALARININ POZULMASI PİYADANIN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
Sumqayıt Yol Polisi İdarəsinin şöbə rəisi, podpolkovnik Əhmədağa Məmmədov AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 18-də səhər, 9-cu mikrorayonda yol-nəqliyyat hadisəsi baş vermişdir. Keçid üçün nəzərdə tutulmayan yerdə qəflətən Koroğlu küçəsinin hərəkət hissəsində görünən bir gənc qəza vəziyyəti yaratmışdır. Nəticədə həmin vaxt Fuad Hüseynovun idarə etdiyi “Ford” markalı yük maşını piyadanı vurmuşdur. Şəhərin 11-ci mikrorayonunda yaşayan zərərçəkən, 1979-cu il təvəllüdlü Azər Məhərrəmov dərhal xəstəxanaya çatdırılmışdır. Lakin həkimlər onun həyatını xilas edə bilməmişdilər.
Sumqayıt Polis İdarəsinin istintaq şöbəsi yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]