YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin N.Nərimanov prospektində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Şəhər sakinləri Akif Mustafayevə məxsus “VAZ-21011” və Vüqar Bağırovun idarə etdiyi “Zil-130” markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış hər iki sürücü, A.Mustafayevin sərnişini - oğlu Amin, V.Bağırovun sərnişinləri - həmyerlisi Rüfət İsmayılov və Xanlar rayon sakini Rauf Sadıqov xəstəxanaya yerləşdirilmişlər. R.Sadıqov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta ağırdır.
İmişli rayonunda Seymur Məmmədov idarə etdiyi “Mercedes-240” markalı avtomaşınla həmyerlisi Araz Məstəliyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məstəliyevin həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]