YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏNƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərinin Koroğlu küçəsində, Saray qəsəbəsinin sakini Rahil Əliyev “VAZ-2107” markalı avtomaşınla şəhər sakini Şahzadə Məmmədova və bacısı Aytacı vurmuşdur. Nəticədə xəsarət almış Şahzadə və Aytac Məmmədovalar xəstəxanaya yerləşdirilmişlər. Şahzadə orada ölmüş, Aytacın vəziyyəti isə orta-ağırdır.
Xətai rayonunun Y.Səfərov küçəsində isə Türkiyə vətəndaşı Mehmet Avar Çölün idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Samir Kərimova məxsus “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü xəstəxanaya yerləşdirilsə də Samir Kərimovun həyatını xilas etmək mümkün olmamışdır.
Faktlarla bağlı cinayət işləri açılmışdır.