Yol polisi skuter sürən şəxsi qəzadan xilas edib VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü yol hərəkəti qaydalarını pozaraq hərəkət hissəsindən keçməyə cəhd edib. Yaranmış təhlükəli vəziyyəti vaxtında müşahidə edən yol polisi əməkdaşı dərhal müdaxilə edərək sürücünü saxlayıb və mümkün qəzanın qarşısını alıb.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Unutmayaq ki, skuter və digər fərdi hərəkət vasitələrini idarə edən şəxslərin yolun hərəkət hissəsinə çıxması həm onların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi risk yaradır. Yol polisi tərəfindən görülən bu tədbir bir daha göstərir ki, təhlükəsizliyin təmin olunması bəzən bir saniyəlik düzgün qərardan asılıdır”, - deyə idarənin açıqlamasında qeyd olunub.