Yol qəzası Bakı-Sumqayıt şosesində nəqliyyatın sıxlığına səbəb olub
Bakı, 7 iyul, AZƏRTAC
Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.