İDMAN
Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi millidə ilk məşqini keçib VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi Aleksandr Tarakanov oktyabrın 11-dən işinə start verib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov rusiyalı mütəxəssisi komandaya təqdim edib. O, güləşçilərə tövsiyələrini verməklə yanaşı, yeni çalışdırıcının diqqətinə ilk növbədə millidə nizam-intizamı gücləndirməyin vacibliyini çatdırıb və heç kimə güzəşt edilməməsini bildirib.
Daha sonra Aleksandr Tarakanov yığma üzvləri ilə söhbət edərək onları özünün iş prinsipləri ilə tanış edib.
Ardınca millinin baş məşqçi vəzifəsində ilk hazırlıq prosesinə start verən təcrübəli mütəxəssis tez-tez məşqin gedişində müəyyən texniki elementləri idmançıların diqqətinə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]