Yunanıstan-Bolqarıstan sərhədində 10 kilometr uzunluğunda tıxac yaranıb
Afina, 18 iyun, AZƏRTAC
Yunanıstan-Bolqarıstan sərhədində 10 kilometr uzunluğunda tıxac yaranıb.
AZƏRTAC xəbər verir ki, iyunun 15-dən başlayaraq yunan hökumətinin məhdudiyyətləri yumşaltmaq barədə qərarından sonra Balkan ölkələrindən kütləvi turist axınına səbəb olub. Ölkənin Bolqarıstan ilə sərhədindəki Kulata-Promaxonos sərhəd keçid məntəqəsində uzun tıxaclar yaranıb. Sürücülər vəziyyətlə bağlı etiraz ediblər.
Qeyd edək ki, Yunanıstan üç aylıq sərt məhdudiyyətlərdən sonra iyunun 15-də yumşalmalara, o cümlədən Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərin açılmasına qərar verib. Tıxacların gələn həftələrdə də davam etməsi gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]