YUNANISTAN OLİMPİADAYA GÖRƏ BORCLARINI 11 İLƏ ÖDƏYƏCƏK
Onun sözlərinə görə, Yunanıstanın borcu ödəməsinə 11 il vaxt lazımdır. Hökumət 6 milyard avro borc istəmişdir. Olimpiadanın keçirilməsinə nə qədər vəsait xərcləndiyi açıqlanmasa da, təhlilçilər bu xərclərin 4-6 milyard avro olacağını proqnozlaşdırırlar. Təkcə Afinadakı Olimpiya stadionunun üzərinə şüşə örtük çəkilməsi 189 milyon avroya başa gəlmişdir ki, bu da Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe tərəfindən tənqid olunmuşdur. Daha 995 milyon avro təhlükəsizliyin təmin edilməsinə xərclənmişdir. Oyunların təşkilatçıları ehtiyat edirlər ki, biletlər gözləniləndən az satılarsa, bu qədər xərci ödəmək olmaz. Odur ki, Avropa Komissiyası Yunanıstanın büdcə kəsirinin ödənilməsinə dair planlar hazırlayır.
Xatırladaq ki, 1976-cı ildə Olimpiadanın keçirildiyi Monreal (Kanada), əslində, müflisləşmişdi. Sidney, Atlanta, Barselona və Seul da Oyunlardan sonra maliyyə çətinlikləri ilə üzləşmişdilər.