Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSUNNİTQİ

- Cənab Prezident!

Səmimi sözləriniz üçün Sizə təşəkkur edirəm və Sizi əmin edirəm ki, ürəkdən gələn hisslərim yunan xalqının Azərbaycan xalqına olan dostluq münasibətini əks etdirir. Mən, həmçinin, Yunanıstan Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfərində iştirak edən nümayəndə heyətimizin bütün üzvlərinə göstərdiyiniz səmimi və sıcaq qonaqpərvərliyə görə də Sizə təşəkkür edirəm.

Hələ antik dövrlərdən yunanlarla bu regionun əhalisi arasında sıx əlaqələr mövcud olmuşdur. Amma bugünkü əlaqələr daha böyük əhəmiyyət daşıyır və biz dostluğu uca tutaraq, bu əlaqələri inam ruhunda inkişaf etdirməliyik. İzn verin, Sizə xatırladım ki, Yunanıstan Azərbaycanın müstəqilliyini hələ 1991-ci ildə tanımışdır və sonra da Sizin yeni ölkənizlə diplomatik əlaqələr qurmuşdur.

Bugünkü sohbətlərimiz bizi əməkdaşlığımızın nə qədər zəruri olduğuna əmin etdi, eləcə də qarşılıqlı hörmət və inam mühiti yaradılmasının vacibliyini göstərdi. Belə mühitin olması bütün sahələrdə ikitərəfli əməkdaşlığı irəli aparmağa yardım edəcəkdir.

Yunanıstan Bakıda öz səfirliyini 1993-cü ildə açmışdır və bu, ölkənizlə əlaqələrimizin inkişaf etdirilməsinə nə qədər əhəmiyyət verdiyimizi aydın göstərir. Onun fəaliyyətə başlaması Yunanıstan-Azərbaycan əlaqələrinin tərəqqisinə güclü təsir göstərdi.

Fürsətdən istifadə edərək, Azərbaycan parlamentinin Afinada ölkənizin səfirliyini açmaq haqqındakı qərarından nə qədər məmnun olduğumuzu Sizə bildirmək istərdim. Azərbaycanın ölkəmizdə açılacaq səfirliyi Afina ilə Bakı arasında əlaqələri daha da canlandıracaqdır.

Cənab Prezident!

İndiki səfərim çərçivəsində Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş işgüzar görüş keçirmək nəzərdə tutulmuşdur. Odur ki, nümayəndə heyətimizin tərkibinə ölkələrimiz arasında iqtisadiyyat və ticarətin müxtəlif sahələrində əməkdaşlığın perspektivlərini öyrənən biznes qrupu da daxildir. İnanırıq ki, onların burada olması və azərbaycanlı həmkarları ilə aparacağı işgüzar söhbətlər iqtisadi əlaqələrimizi daha da genişləndirəcəkdir.

İndiki səfərin iqtisadi uğuru üc mühüm ikitərəfli iqtisadi sazişin bağlanmasi ilə şərtlənir ki, bu da biznes və sərmayə yatırımının artmasına təkan verəcəkdir.

Enerji sahəsində bizim əlaqələrimiz artıq yaxındır və mən əminəm ki, tezliklə Azərbaycanı Qərbi Avropa ilə birləşdirəcək enerji dəhlizinin istifadəyə verilməsi ilə əlaqələrimiz yeni səviyyəyə çatacaqdır. Bu dəhliz Avropa ilə Asiya arasinda yerləşən ölkənizin coğrafi-strateji və coğrafi-iqtisadi mövqeyini daha da gücləndirəcəkdir.

Mən həmcinin mədəniyyət sahəsində əlaqələrimizin tərəqqisinə sevinirəm. 1994-cü ildə ilk mədəniyyət mübadiləsi proqramının həyata keçirilməsi mədəni fəaliyyət mübadilələrinin yeni dövrünü açdı. Universitetlərimiz arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Əməkdaşlıq Azərbaycan və Yunanıstan ali məktəbləri arasında sazişlər imzalamaq şəklində aparılır. Tezliklə belə razılıqların sayı artacaqdır.

Bu istiqamətdə səylərimizin bəhrəsi kimi, Bakı Slavyan Universitetində yaradılmış Müasir Yunan dili və mədəniyyəti mərkəzini göstərə bilərik. Yunanıstan hökümətinin qrantı ilə işləyəcək həmin tədqiqat və təhsil proqramı mərkəzinin açılışı sabah olacaqdır.

Cənab Prezident!

Avropa İttifaqının genişlənməsi bütün Avropa qitəsi ücün tarixi irəliləyişdir. Yunanıstan Kiprin Avropa ailəsinə daxil olmasını xüsusilə dəstəkləmişdir.

Avropaya doğru genişlənmə İttifaqın həm Şərq, həm də Cənub qonşuları ilə gələcək əlaqələri üçün nadir imkan yaradır. Əslində, genişlənmə zamanı yeni qonşulara daha sıx əlaqəyə ehtiyac duyulması faktı Aİ-nin Avropa qonşuluq siyasətinin qəbul olunmasına gətirib çıxardı. Bu siyasətin əsas məqsədi Avropa İttifaqı ilə onun qonşuları arasında əməkdaşlığı möhkəmləndirmək, siyasi dialoqu və iqtisadi əlaqələri gücləndirmək, ticarət və daxili bazar, ədliyyə və daxili işlər, eləcə də digər sektorlarda birgə işi əlaqələndirməkdir.

Biz xüsusilə şadıq ki, bir neçə gün əvvəl Yunanıstanın təklifi ilə və sədrliyi dövründə Avropa Şurası Azərbaycanı Avropa qonşuluq siyasətinə daxil etməyi qərara almışdır. Bu, bizim siyasətimizdir və Yunanıstan həmişə belə bir siyasəti dəstəkləmişdir ki, Qafqazın hər üc ölkəsi mümkün qədər tezliklə və əslində, eyni vaxtda bu siyasətə qoşulmalıdır.

İcazə verin xatırladım ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması və Azərbaycanla enerji dialoqu aparılması da Yunanıstanın sədrliyi dövrünə təsadüf edir.

Cənab Prezident!

Yunanıstan ölkənizdə siyasi və iqtisadi islahatların gedişinə, demokratik təsisatların güclənməsi və qanunun aliliyi naminə həyata kecirilən tədbirlərə xüsusi maraq göstərir və Sizi işdə ruhlandırır.

Ölkəmiz 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbul olunmasını ürəkdən müdafiə etmişdir.

Yunanıstan bizim beynəlxalq təşkilatlarda əməkdaşlığımızı olduqca qənaətbəxş hesab edir. Fürsətdən istifadə edərək, 2005-2006-cı illərdə Yunanıstanın BMT Təhlükəsizlik Şurasında sədrliyə namizədliyini dəstəklədiyi ücün Azərbaycana minnətdarlığımı bildirirəm.

Yunanıstan Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan hökümətinin göstərdiyi səylərə böyük əhəmiyyət verir. Avropa İttifaqı kimi, mənim ölkəm də problemin Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar yolu və Minsk qrupunun vasitəçiliyi ilə ədalətli və həmişəlik həll əldə olunmasına dəstəyini bildirir. Məsələnin həllində beynəlxalq qanunlara əsaslanmaq və regionda sülhə təhlükə yarada biləcək addımlardan çəkinmək lazımdır.

Cənab Prezident!

Yunanıstan Cənub-Şərqi Avropanı xarici siyasətində prioritet hesab edir. Biz qonşularla ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa can atırıq ki, regionda sülh və təhlükəsizliyi qoruyaq. Təəssüf ki, regionda qığılcımın alovlanması risqi var. İnanırıq ki, Cənub-Şərqi Avropa ölkələrini Avropa İttifaqına və NATO-ya qoşulması barədə qəti qərarı regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək, əhaliyə firavanlıq gətirəcəkdir. Yunanıstan həmin ölkələrə Avropa yolunda öz köməyini əsigəməyəcəkdir. Ölkəmizin bu istiqamətdə Salonik sammitində (2003-cü il, 21 iyun) göstərdiyi səylər hamıya məlumdur. Nəticədə, Qərbi Balkan ölkələri Avropa İttifaqına daxil olmağa imkan tapdılar.

Ölkəmiz, həmçinin, regionda ümumi maraqlar naminə Yunanıstan-Turkiyə əlaqələrinin yaxşılaşdırılmasına yönələn əməkdaşlıq siyasətinə üstünlük verir. Biz Yunanıstan-Turkiyə əlaqələrini beynəlxalq qanunlar çərçivəsində və mehriban qonşuluq münasibətləri zəminində qurmaq istəyirik. Ümid edirik ki, səmimi arzumuz qonşularımız tərəfindən eyni səmimiyyətlə qarşılanacaqdır. Baş nazir Ərdoğanın yaxın zamanda Afinaya səfəri bizim ümidimizi də, ölkələrimiz arasında əməkdaşlığa olan istəyi də artırmışdır.

Cənab Prezident,

Kiprdə keçirilmiş referendumun nəticələri göstərdi ki, o, nə iki icma arasında tarazlığı mökəmləndirdi, nə də gələcəkdə əlaqələrin inkişaf edə bilməsinə lazımi təminat yaratdı. Sizi əmin etmək istəyirəm ki, Yunanıstan kimi, Kipr yenə də icmaların maraqları və Avropa İttifaqının əsas prinsipləri çərçivəsində BMT baş katibinin adanın yenidən birləşməsi planına tərəfdardır. Kiprin İttifaqa qəbul olunması Kipr probleminin həllinə yeni dinamizm gətirdi. Görüləcək işlər bəzi əsaslı aydınlıq gətirməkdən və BMT baş katibinin planını mükəmməlləşdirməkdən ibarətdir ki, bundan da hər iki tərəf xeyir görər.

Axırda mən iki aydan sonra dünyanın diqqətini cəlb edəcək Olimpiya oyunları üzərində dayanmaq istərdim. Bu, bizim tarixi irsimizdir, fəxr etməyə haqqımız var. Biz oyunları keyfiyyətli təşkilat və yüksək ədalət ölçüsü ilə keçirməkdə israrlıyıq. Bunun üçün nə lazımdırsa edirik və inanırıq ki, səylərimiz uğurlu nəticəsini verəcəkdir. Həmçinin ümid edirik ki, antik dövrlərdən keçib gələn böyük Olimpiya barışığı xalqlar arasında sülhü və əməkdaşlığı möhkəmləndirəcəkdir.

Cənab Prezident,

İnanıram ki, bizim bugünkü danışıqlarımız ölkələrimiz arasında gələcək əlaqələrimizin inkişafı və dərinləşməsi üçün möhkəm zəmin yaradacaqdır. Elə həmin ruhda da qonaqpərvərliyinizə görə bir daha Sizə təşəkkür edirəm və bu badəni Sizin və xanımınızın şərəfinə, dost Azərbaycan xalqının tərəqqisi və xoşbəxt gələcəyi naminə qaldırıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək