YUNANISTAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ
Salona toplaşanlar dövlət başçılarını alqışlarla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos qəbulda nitq söylədilər.
Axırda Azərbaycanın incəsənət ustalarının konserti oldu.
Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotiyas, nazirliklərin, komitələrin rəhbərləri, Yunanıstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.
(Ətraflı hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).