Yunanıstanda ilk dəfə keçirilən əkizlər festivalı maraqla qarşılanıb
Afina, 25 sentyabr, AZƏRTAC
Yunanıstanda ölkə tarixində ilk dəfə olaraq əkiz insanların festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Trikala şəhərində reallaşan tədbirə bütün ölkədən əkizlər toplaşıb. 250-dək əkizin qatıldığı festivalda müxtəlif oyunlar, yarışmalar, bədii proqramlar təşkil olunub.
Qeyd edək ki, dünyada ən böyük əkiz festivalı ABŞ-ın Ohayo ştatında keçirilir. Adətən bu festivallar avqustun əvvəlində Beynəlxalq Əkizlər Günü ərəfəsində təşkil edilir. Belə tədbirlər, həmçinin Fransa, İtaliya, İngiltərə və İrlandiyada da çox populyardır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina