Yusif Eyvazov yeni layihəyə start verib
Moskva, 23 aprel, AZƏRTAC
Azərbaycanın Xalq artisti Yusif Eyvazov yeni layihəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, soydaşımız, məşhur opera müğənnisi Yusif Eyvazov özünün “yusif_eyvazov_official” “Instagram” səhifəsində “Maraqlı adamlarla söhbət” adlı yeni layihəyə start verib.
Layihə çərçivəsində o, canlı yayımda tanınmış musiqiçilər və artistlərlə görüşlər keçirəcək. Canlı yayımlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri baş tutacaq. Yusif Eyvazovun ilk qonağı Sankt-Peterburqun Mariinski teatrının bədii rəhbəri Valeri Gergiyev və skripkaçı Maksim Vengerov olublar.
Qarşıda Yusif Eyvazovun “Instagram” səhifəsinin qonaqlarını Plasido Dominqo, Elçin Əzizov, İqor Butman, Denis Matsuyev və digər məşhurlarla görüşlər gözləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]