YUVENAL ƏDLİYYƏ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ölkəmizdə insan, o cümlədən uşaq hüquqlarının gerçəkləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. O, ölkəmizdə yuvenal ədliyyə məsələlərinin müzakirə olunduğunu söyləmiş, bunun milli qanunvericilikdə öz əksini tapmasının, bu sahədə maarifləndirmə işi aparılmasının vacibliyini vurğulamışdır. Uşaq hüquqlarının öyrənilməsi üzrə YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə layihə həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Müvəkkil xüsusi ehtiyacı olan, ağır xəstəliyə tutulmuş əlil uşaqlara, habelə valideyn himayəsindən məhrum olan, natamam ailələrdə böyüyən uşaqlara diqqətin artırılmasının vacibliyini nəzərə çarpdırmışdır.
Azərbaycanda sosial xidmətin səmərəsinin yüksəldilməsinə ehtiyac olduğunu vurğulayan qonaq uşaq evlərində böyüyənlərin ailələrə verilməsinin zəruriliyini, bu təcrübənin xarici ölkələrdə geniş tətbiq edildiyini, Azərbaycanda yuvenal ədliyyə üzrə hesabat hazırlayacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]