Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaman birmənalı olaraq Ermənistanın əleyhinə işləyir

Zaman birmənalı olaraq Ermənistanın əleyhinə işləyir

Bakı, 30 dekabr, AZƏRTAC

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və dünya birliyi tərəfindən tanınan Azərbaycan dövlətinin sərhədləri daxilində yerləşən ərazilərdəki mədənlərdə ermənilər tərəfindən təbii sərvətlərimizin qanunsuz istismarına, bölgədə davam edən ekoloji terrora və aidiyyəti dövlət qurumlarımızın torpaqlarımızda monitorinq həyata keçirilməsinə imkan verilməməsinə etiraz əlaməti olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekoloqlar, ictimai fəallar və media təmsilçilərinin dekabrın 12-də Laçın-Xankəndi yolunda başlatdığı dinc aksiya hazırda da davam etməkdədir. Etirazın dinc xarakter daşıması aksiyada səslənən şüarlarda və çağırışlarda, verilən bəyanatlarda aydın görünür. Mahiyyətində yalnız ekoloji terrora son qoyulmasını, əraziyə müvəqqəti nəzarəti həyata keçirilən sülhməramlı kontingentin bu məsələdə həm də missiyalarından irəli gələrək şərait yaratmağa borclu olmalarını tələb edən aksiya iştirakçılarının çadırlarını yolun üzərində deyil, məhz yolun kənarında qurmaları da yayımlanan foto və videogörüntülərdən aydın görünür. Yolun bizim tərəfdən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanması da faktdır. Yol necə bağlı ola bilər ki, sülhməramlı kontingentə məxsus ərzaq və digər təminat yüklərini, hərbi heyət üzvlərini daşıyan nəqliyyat vasitələri yolda sərbəst hərəkət edirlər. Hətta Azərbaycanın Xankəndi şəhərində və digər yaşayış məntəqələrində yaşayan Azərbaycan vətəndaşları olan erməni xəstələrini daşıyan təcili tibbi yardım avtomobillərinin yoldan istifadə etməsini təsdiq edən görüntülər var. Biz bu aksiyanın birinci günündən məqsədimizin yolu bağlamaq deyil, haqlı tələblərimizin təmin olunması üçün şəraitin yaradılması olduğunu bəyan etmişik. Birmənalı olaraq deyə bilərik ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçidlərə, mülki avtomobillərin sərbəst hərəkətinə hər hansı problem yaradılmayıb və yaradılmır.

Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, dünyada ekoloji tarazlığın pozulmasının qarşısını almağı fəaliyyətlərinin əsas məramları olaraq qəbul edən ekolojiyönümlü beynəlxalq təşkilatlar 30 illik işğal zamanı tutduqları mövqeyə uyğun olaraq bu gün də bizim çağırışlara müsbət cavab verməyiblər və mədənlərimizdə qanunsuz ekoterror həyata keçirən ermənilərə qarşı hər hansı mövqe nümayiş etdirməyiblər. Bu gün də, Ermənistan tərəfi Laçın-Xankəndi yolundan qeyri-qanunu hərbi və iqtisadi məqsədlər üçün istifadə etməkdə davam edir. Halbuki, istənilən ölkənin suveren ərazisinə digər ölkədən daşınan yüklərə gömrük baxışı və sərhəd nəzarəti həyata keçirilməlidir. Bütün bu prosedurların təmin edilməməsinin nəticəsidir ki, sülhməramlı kontingentin nəzarətindəki bu yoldan hərbi silah-sursat və Azərbaycan ərazilərində basdırılması məqsədilə Ermənistan istehsalı olan minalar daşınır. Azərbaycan tərəfinin bu qanunsuzluqlarla bağlı çağırışları cavabsız və nəticəsiz qaldığı halda, Kanada və Litvanın Xarici İşlər nazirlikləri Laçın-Xankəndi yolu üzərindəki dinc aksiyanın mahiyyət və məqsədini kobud təhrif edən bəyanatlar səsləndiriblər.

Litva Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ” adlandırmaqla sülh prosesində nə qədər maraqlı və ədalətli tərəf olmasını da, məsələyə qərəzli yanaşma nümayiş etdirməsini də aydın göstərir. Münasibətlərində qeyri-obyektivlik və qərəz nümayiş etdirən ölkələr dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə təəssüf ki, hörmətsizlik edirlər. Fransanın "Le Monde" qəzeti Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazlarına dair həqiqəti əks etdirməyən yazı ilə çıxış edərək növbəti dəfə qərəz və böhtan yazmaqdan çəkinmir. Təəssüf ki, Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniya isə genişlənməkdə davam edir. Hər zaman tolerant dövlət olaraq torpaqlarımızda yaşayan erməni əsilli əhaliyə qarşı ən humanist mövqelərimizi bəyan etmişik və bizim problemimiz bölgədə yaşayan dinc erməni əhalisi olmayıb və deyil. Dövlətimiz onların humanitar ehtiyaclarını qarşılamağa, yaşayışlarını ən yüksək səviyyədə təmin etməyə, təhlükəsizliyinə, monoetnik Ermənistandan fərqli - tolerantlıq nümunəsi olan ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi tam bərabərhüquqlu vətəndaşlarımız olaraq sülh şəraitində yaşayacaqlarına tam zəmanət verir. Dövlətimizin başçısı bunu hər zaman bəyan edir. Əlbəttə, bundan yüksək zəmanət ola bilməz və bu kimi məsələlərdə hansısa dövlətin çirkli məqsədlər naminə qarşıdurma cəhdləri yersizdir.

“Yuxarıda adları çəkilən dövlətlərdən və digər beynəlxalq güclərdən dəstək alan Vardanyan-Harutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlarımızla əsirlər kimi rəftar edirlər. Məqsəd həyata keçirdikləri təbii sərvətlərimizdən talançılıq məqsədilə istifadənin məsuliyyətindən yayınmaq niyyəti və bölgədə sülhün təmin olunmasını ləngitməkdir. Onlar unudurlar ki, "Dəmir yumruq" yerindədir və biz erməni millətindən olan vətəndaşlarımızı onların əsarətindən gec-tez, amma mütləq azad edəcəyik. Biz bölgədə sülhə nail olmaqla onların Xankəndi və digər şəhərlərimizdə girov kimi davrandıqları vətəndaşlarımızı da bu cinayətkarların zülmündən birdəfəlik azad edəcəyik. Bizə yaxşı məlumdur ki, Vardanyan-Harutyunyan cinayətkar cütlüyünün girovuna çevrilmiş dinc erməni əhalisi onların qanunsuz tələblərinə qarşı müxtəlif yollarla etirazlarını bildirirlər. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları nəzarətdə saxlanılır və izlənilir. Onların qanunsuz əməllərinə qarşı çıxan dinc erməni əhalisinə təzyiqlər edilir və onlar təhdid olunurlar. Bir neçə gün əvvəl hətta etiraz səsini ifadə edən bir neçə erməni əsilli vətəndaşımızı cəzalandırmaq üçün onlara xüsusi işgəncə verilməsini əks etdirən videogörüntülər regionda sülhü təhdid edən əxlaqsız quldur rejimin növbəti cinayətlərinin sübutudur. Vardanyan-Harutyunyan separatçı quldur dəstəsi dinc əhalinin istifadəsi üçün açıq olan Laçın-Xankəndi yolundan mülki əhalinin istifadəsinə nəinki maneçilik törədirlər, hətta bu yoldan istifadəni də dinc mülki əhali üçün qadağan ediblər. Bununla da guya ermənilərin yaşadığı yaşayış məntəqələrimizdə saxta böhran, ərzaq qıtlığı yaşadıqlarının görüntüsünü və beynəlxalq aləmdə azərbaycanlılardan ermənilərə qarşı düşmən obrazı yaratmaq niyyətini güdürlər”, - deyə İ.Orucov vurğulayıb.

Onun sözlərinə görə, Xankəndidə yaşayan ermənilərin guya narazılıq ifadə etmələrini görüntüləmək məqsədilə mitinqlər təşkil olunur. Maraqlı məqamlardan biri də insanları zor gücünə, qorxudaraq mitinqlərdə iştiraka təhrik etməkdir. Dinc erməni vətəndaşlarımız işdən qovulmaqla hədələnirlər, onlara mitinqdə iştirak etmək müqabilində pullar paylanır, iştirak etmək istəməyənlərə fiziki güc tətbiq edilir. Məqsəd daha çox insanın meydanlara çıxmasına nail olmaq və yuxarıda qeyd etdiyimiz kimi, guya insanların düşdüyü aciz və çıxılmaz durumda olması fonunu göstərməkdir. Bu fonu yaratmaqda həm də xarici ölkələrdəki erməni diaspor təşkilatları daha çox maraqlıdırlar və onlar düşünürlər ki, belə yolla onlar əlavə siyasi dəstək əldə edə biləcəklər.

Vətən müharibəsində rüsvayçı məğlubiyyətlərini həzm edə bilməyən, başda Ermənistanın baş naziri Paşinyan olmaqla, bu ölkənin siyasi rəhbərliyi, diaspor fəalları, həmçinin bu ölkəyə siyasi, hərbi və iqtisadi dəstək verən dövlətlər və beynəlxalq güclər Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının dinc aksiyası barədə kifayət qədər qərəzli, böhtan xarakterli təbliğat aparmaqla məşğul olduqlarını vurğulayan İ.Orucov deyib: “Ordusunun şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsini görəndə rüsvayçı bir durumda məlum kapitulyasiya aktını imzalamağa məcbur edilən Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişindən yayınmaq məqsədilə qeyri-ciddi və fərqli davranışlar nümayiş etdirir. Çıxış yolunu gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin prosesə müdaxiləsində axtarır, sərsəm ideyalarına dəstək ala bilməyəndə isə bölgəyə kənar güclərin gətirilməsi ilə bağlı çıxışlar edir. Amma bu cəhdlər əbəsdir və artıq gecdir. Zaman birmənalı olaraq onların əleyhinə işləyir və onlar nə qədər tez avantürist planlarından, sülhə təhdid yaradan çirkin əməllərindən və daşnak xislətlərindən əl çəkərək barışığın, birgə yaşayışın yeganə çıxış yolu olduğunu dərk edə bilsələr, o zaman bölgədə sülh bərqərar olacaq, əks halda "Dəmir yumruğ"un gücünü hər zaman hiss edəcəklər”.

İlqar Orucov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ermənilərin yaşadığı ərazilərimizə hər hansı siyasi status verilməyəcəyi ilə bağlı qəti və konkret mövqeyi ortadadır. Azərbaycan ərazilərində yaşayan erməni əsilli vətəndaşlarımızı əsarətdə və girovluqda saxlayan Vardanyan-Harutyunyan cütlüyü və onların rəhbərlik etdiyi terrorçu ünsürlərin zərərsizləşdirilməsi üçün, görünür növbəti antiterror tədbirlərinə ehtiyac var və bu cinayətkar ünsürlər mütləq şəkildə Azərbaycan qanunları qarşısında cavab verməlidirlər və verəcəklər. O zaman Qarabağdakı erməni əsilli dinc vətəndaşlarımızla nəhayət ki, sülh şəraitdə birgəyaşayışa nail olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub