Zaqatalada baş verən qəzada yaralananların son vəziyyəti açıqlanıb
Zaqatala, 20 oktyabr, AZƏRTAC
Zaqatala şəhərində iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 nəfər (4 kişi, 2 qadın) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]