ZAQATALADA YENİ MEŞƏLİKLƏR SALINIR
Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, kollektiv intensiv meşə əkini üzrə 2005-ci ilin plan və tapşırıqlarını artıqlaması ilə yerinə yetirərək, dövlət meşə fonduna aid 125,5 hektar sahədə yeni meşəliklərin salınmasını təmin etmiş, 50 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirmişdir. Yeni salınmış meşəliklərin 114 hektarı düzənlik, 11,5 hektarı isə dağlıq ərazidə yerləşir. Əkin zamanı akasiya, şabalıd, qoz, qovaq, palıd və digər qiymətli ağac növlərinə daha çox üstünlük verilmişdir. Bundan əlavə, ötən il müəssisə tərəfindən 8,35 hektar sahədə yeni tinglik təsərrüfatı yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]