Zəfər Günündə Qarsda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Ankara, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də bir qrup diplomat, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, hərbçilər və ictimaiyyət nümayəndələri Qars şəhərindəki Heydər Əliyev Parkını ziyarət edərək Azərbaycan dövlətçiliyinin memarının abidəsi önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin abidəsini ziyarət 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümünə təsadüf edib.
Tədbir iştirakçıları Azərbaycanın Ümummilli Liderinin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara