Zelenski müharibə başa çatanadək Ukraynada prezident seçkilərini istisna edib
Bakı, 22 iyun, AZƏRTAC
Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra mümkün ola bilər.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə BBC yayım korporasiyasına müsahibəsində deyib.
“Ukrayna qanunlarına görə, seçkilər yalnız sülh zamanı keçirilə bilər”, - deyə dövlət başçısı gələn il prezident seçkilərinin keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən bildirib.
Bundan öncə Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks Kiyevin parlament və prezident seçkilərini vaxtında keçirmək üçün yol tapmalı olduğunu söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov isə buna cavab olaraq ölkədə mövcud hərbi vəziyyətlə bağlı seçkilərin keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiyanın hərbi təcavüzü ilə əlaqədar ölkədə hərbi vəziyyət rejimi elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]