Zelenski: Ukrayna hərbi PUA-ları “Tomahawk” raketləri ilə mübadiləyə hazırdır
Vaşinqton, 17 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi pilotsuz uçuş aparatlarının ABŞ istehsalı olan “Tomahawk” raketləri ilə mübadiləsində maraqlı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla geniş tərkibdə keçirilən görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Zelenski bildirib ki, Ukrayna minlərlə hərbi pilotsuz uçan aparata malik olsa da, ABŞ istehsalı olan yüksək təsir gücünə malik raketlərə sahib deyil. Bu səbəbdən də o, hər iki ölkənin ortaq hərbi məqsədlər naminə əməkdaşlıq edə biləcəyini təklif edib.
Donald Tramp isə ABŞ-ın belə bir mübadilə razılaşmasında maraqlı olduğunu təsdiqləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]