Zəngilan rayonunun Məmmədbəyli kəndi FOTO
Bakı, 12 dekabr, AZƏRTAC
Zəngilan rayonunun Məmmədbəyli kəndi Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Məmmədbəyli kəndi Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 20-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.