Zəngin tarixi ilə tanınan Çerniqov şəhəri - AZƏRTAC-ın FOTOREPORTAJI
Çerniqov, 2 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdən avtomobillə təxminən iki saatlıq məsafəsi olan Çerniqov şəhəri zəngin tarixi ilə tanınır. Hələ 907-ci ildə şəhər haqqında kifayət qədər dəlillər olub, Kiyev Rus dövləti dövründə ən böyük və əhəmiyyətli şəhərlərdən biri olub. Müxtəlif illərdə Çerniqov şəhəri döyüş meydanına çevrilib, monqol-tatarların işğalı, Litva ilə müharibə, Birinci və İkinci Dünya müharibələri şəhərə ciddi ziyan vursa da, bura bu gün tarixi simasını qoruya bilib. XII-XIII əsrə aid kilsələr, parklar, heykəllər, toplar, Desna sahilində istirahət bu şəhəri turistlər üçün cəlbedici edib.
AZƏRTAC dəyərli oxucularına 300 minə yaxın əhalisi olan Çerniqov şəhərindən fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Çerniqov