ZƏRDABDA YENİ ASFALT ZAVODU İŞƏ SALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zərdabda yeni asfalt zavodu işə salınmışdır. Gündəlik istehsal gücü 50 ton olan zavodun əsas avadanlığı Ukraynadan gətirilmişdir. Tikinti-quraşdırma işləri Nəqliyyat Nazirliyinin 2 nömrəli ixtisaslaşdırılmış müəssisəsi tərəfindən görülmüşdür.
Yeddi nəfərin daimi işlə təmin olunduğu zavodda müasir texnoloji avadanlıq keyfiyyətli məhsul istehsalına imkan verir. Hazırlanan asfalt, respublika əhəmiyyətli yolların tikintisinə, əsaslı və cari təmirinə sərf edilir.