“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib
Bakı, 4 iyun, AZƏRTAC
“AZCON Holdinq”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilmiş “Sərsəng” yedək gəmisi istismara verilib. Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu isə 1,6 metrdir. Maksimum 9 uzel sürətlə hərəkət edəcək gəmi göyərtəsində 3 tonadək yükdaşıma qabiliyyətinə malikdir.
“Sərsəng” ZGTTZ-də tikilmiş sayca altıncı gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay", “Bərgüşadçay” və “Azıx” adlı eyni tipli gəmilər inşa olunaraq təhvil verilib.
Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər. Bu gəmilər liman akvatoriyasında, reyd zonalarında və sahildən 20 dəniz mili məsafəyədək ərazilərdə yedəkləmə və manevr əməliyyatlarının yerinə yetirilməsi, eyni zamanda gəmi heyəti və digər personalın daşınması, müxtəlif göyərtə yüklərinin nəqli üçün nəzərdə tutulub.
Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]