İyunun 25-də İstanbulun Çırağan sarayında Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğan tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15 illiyi münasibətilə üzv ölkələrin dövlət və hökumət başçılarının şərəfinə nahar verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir.