Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziyad Səmədzadə: Azərbaycanın ixrac potensialı yaxın illərdə ən azı iki-üç dəfə artacaq

Bakı, 22 aprel, Səbinə Məmmədova, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəaliyyətinin bütün mərhələlərində ölkənin iqtisadi inkişafının davamlı olması üçün həyata keçirilən islahatların sürətləndirilməsi və sosial problemlərin həlli istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir. Ən başlıca cəhət ondan ibarətdir ki, dövlətimizin başçısı müntəzəm olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin iqtisadi strukturlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar müntəzəm olaraq keçirdiyi müşavirələr birmənalı şəkildə qarşıya qoyulmuş hədəflərə nail olunması baxımından çox vacibdir. Prezidentin sədrliyi ilə Yevlaxda keçirilən müşavirə isə ölkənin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Demək olar ki, ilk dəfədir regionda ölkənin qeyri-neft ixrac potensialının inkişafı məsələləri ətraflı müzakirə olundu. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, qloballaşan dünyada risklər artır. Bu risklərin azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi, gələcəkdə davamlı inkişafın yalnız qeyri-neft sektoru hesabına təmin edilməsi məsələsinin həlli üçün biz ixrac strukturumuzu təkmilləşdirməli, qeyri-neft ixracını artırmalıyıq. Prezident birmənalı şəkildə vurğuladı ki, Azərbaycanda qeyri-neft ixracını artırmaq imkanları çox böyükdür.

Qlobal dünyada çox böyük risklər baş verir, neftin satışından gələn gəlirlərin azalmasına baxmayaraq, Azərbaycan artıq birinci rübdə iqtisadi artıma nail olub, qeyri-neft sektoru 2,4 faiz çoxalıb, idxalımız azalıb, ixracımız isə əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar ölkədə aparılan iqtisadi islahatların məntiqi nəticəsidir.

Ziyad Səmədzadə deyib ki, ölkədə iqtisadiyyatın inkişafı sahibkarlığın inkişafı ilə bilavasitə bağlıdır. Son vaxtlar Milli Məclisdə sahibkarlığın inkişafına xidmət edən bir çox qanunlar qəbul olunub, mövcud qanunlara dəyişikliklər edilib. Bundan başqa, yoxlamaların sayı, lisenziya alınması üçün tələb olunan sənədlər azalıb, bürokratik əngəllər aradan qaldırılıb, gömrük sistemi yaxşılaşdırılıb, vergi sistemində islahatlar aparılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti iqtisadi inkişafın sahibkarlıq amilinə çox böyük önəm verir. Ona görə də Yevlaxda keçirilən müşavirədə Azərbaycanın ixrac potensialının artırılmasını bilavasitə təmin edən sahə rəhbərlərinə üstünlük verildi. Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, artıq Azərbaycanda həmin məhsullar üzrə assosiasiyalar yaradılıb. Assosiasiyalar isə bu və ya digər məhsul istehsalçılarını bir araya gətirir, onların səmərəli fəaliyyətinin təmin edilməsi üçün təkliflər hazırlayırlar. Eyni zamanda, həmin assosiasiyalar sahibkarlığın daha da inkişafı, sahibkarlıq üçün dövlət dəstəyinin artırılması ilə əlaqədar təkliflər də verirlər. Məsələn, Azərbaycan kifayət qədər zəngin, təbii resurslara malik ölkədir. Münbit torpağımız var, əlverişli iqlim şəraitimiz var. Bu da Azərbaycanda keyfiyyətli məhsulların yetişdirilməsi və dünya bazarına çıxarılması üçün böyük imkanlar yaradır. Məsələn, götürək fındığı. Azərbaycanda hazırda 19 rayonda fındıq əkilir, fındıqdan da il ərzində əldə edilən gəlir əvvəlki illərə nisbətən xeyli artıb. Yəni, birinci yerdə fındıqdan gələn gəlirlər durur. Gələcəkdə bu sahələrin genişləndirilməsi nəzərə tutulur, yeni fındıq bağları salınır, fındığın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır.

Komitə sədri bildirib ki, qloballaşan dünyada ən çətin problem yeni bazarlara daxil olmaqdır. Yeni bazarlar əldə etmək üçün isə monitorinqlər aparılmalıdır, bu bazara bu və ya digər məhsulu çıxarmaq üçün tələb olunan şərtlər müəyyənləşdirilməlidir. Dövlətimizin başçısının tapşırığı ilə investisiyaların təşviqi ilə əlaqədar qanun qəbul edilib. İnvestisiya təşviqi nə deməkdir? Dövlət sənin üçün əlverişli şərait yaradır ki, malik olduğun imkanlardan daha səmərəli istifadə edəsən, düzgün investisiya layihələri hazırlayasan. Həmin layihələr istər qiymət, istər marketinq, istər dünya bazarına çıxmaq, istərsə də səmərəlilik baxımından əsaslandırılmalıdır. Artıq bir sıra firmalar investisiya təşviqi ilə əlaqədar prosedur qaydalara əməl edirlər. Onlara da bir növ yaşıl işıq yandırılır. Yeni ixrac bazarlarının artırılmasında bizim səfirliklərimizin də üzərinə vəzifələr düşür. Onlar bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə, digər müvafiq qurumlarla əlaqəli işləməlidirlər. Səfirliklər, nümayəndəliklər Azərbaycandan ixrac edilən məhsulların təşviqi istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.

Azərbaycanın iqtisadi inkişafı, eyni zamanda, onunla əlaqədardır ki, ölkədə sabitlik var. Bu sabitlik təmin olunub, xaricdən gələn insanlar da sabitliyi, investisiya mühitini görür.

Ölkəmizdə ən böyük imkanlardan biri pambıqçılıq, baramaçılıq, ipəkçiliklə əlaqədardır. Bütün bunlar barədə Prezidentin konkret tapşırıqları var. Yəni, dövlət başçısının irəli sürdüyü məsələlər regionlarda fəallığın artmasına imkan yaradır. Bu gün ən başlıca şərt iqtisadi fəallığın artmasıdır. Fermerlər və sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Onlara subsidiyalar, güzəştli kreditlər verilir. Bütün bunlar ona görədir ki, Azərbaycanın aqrar sektorunda, regionlarında iqtisadi fəallıq artsın.

Azərbaycan Prezidentinin qaldırdığı məsələlərdən biri də ondan ibarət oldu ki, ölkəmizdə böyük turizm potensialı var. Bu turizm potensialını inkişaf etdirmək üçün təkcə zonalardan söhbət getmir. Quba-Xaçmaz, Şəki-Zaqatala zonaları, Lənkəran Astara, Şirvan, Şamaxı, Gəncə, Naxçıvan - bütün bu regionlar əlverişli turizm imkanlarına malikdir. Müasir yollar çəkilir, otellər tikilir, elektrik, su, qaz təchizatı yaxşılaşır, lakin, eyni zamanda, insanların buraya axınını təşkil etmək üçün vacib məsələlərdən biri vizalar idi. Viza məsələsi xeyli təkmilləşdirilib. Bunu təkmilləşdirməklə qısa zaman kəsiyində 40 mindən artıq turistin Azərbaycana gəlməsi təmin olunub. Otellərin və turizm obyektlərinin tikilməsi ilə yanaşı, ölkəyə gələn insanların ərzaq tələbatı məsələsi də həll edilməlidir. Yəni, əgər Azərbaycana 2 milyon turist gələcəksə, onların ərzaqla təminatı da respublika hesabına olmalıdır. Bu mənada, əvvəlki çıxışlarında olduğu kimi, Yevlaxda da ərzaq təhlükəsizliyi və Azərbaycan xalqının yerli istehsal hesabına ərzaq tələbatı məsələsini ortaya qoydu.

Dünya bazarının özünün sərt qanunları var. XXI əsrdə o dövlət surətlə inkişaf edəcək ki, onun rəqabətədavamlı, beynəlxalq standartlara cavab verən milli iqtisadiyyatı olsun. Qloballaşma bir tərəfdən dünya ölkələri arasında inteqrasiya əlaqələrini genişləndirir, eyni zamanda, bunun mənfi cəhətləri də var. Milli iqtisadiyyatlara müəyyən mənada təsir edir. Ona görə də biz milli iqtisadiyyatımızı qorumaq üçün öz yerli resurslarımıza arxalanmalıyıq.

Azərbaycan Prezidenti ixrac potensialının artırılması ilə əlaqədar qablaşdırma məsələlərinə də toxundu. İlk baxışdan bu sadə məsələdir. Ancaq biz görürük ki, dünyanın aparıcı şirkətləri marketinqə, məhsulunun reklamına, dizaynına nə qədər böyük fikir verir. Biz bu sahədə dönüş yaratmalıyıq. Azərbaycanda qablaşdırma sənayesi yaradılmalıdır. Ən vacib məsələlərdən biri məşğulluq məsələləridir. Yerli ixrac məhsullarının artması elə məşğulluğun artması deməkdir. Azərbaycan əhalisi surətlə artır. Bu, çox müsbət haldır. Bu, o deməkdir ki, yeni iş yerləri yaradılmalıdır, hər bir layihə yeni iş yerləri baxımından qiymətləndirilməlidir. Biz təkcə investisiyaları qoymaqla kifayətlənməməliyik. Bu investisiya əsasında iş yerlərinin yaradılması bizim üçün son dərəcə önəmlidir.

Diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, dövlətimizin bütövlükdə nə edirsə xalqın sosial problemlərinin həlli üçün edir. Yevlaxda keçirilən müşavirədə bilavasitə torpaqla əlaqədar olan, torpaqda zəhmət çəkən insanların kollektiv əməyini özündə əks etdirən assosiasiyaların rəhbərləri çıxış etdilər. Bu, özü də yenilikdir. Biz bundan sonra da tarixi hadisələrin şahidi olacağıq. Prezident konkret tapşırıqlarını verdi. Belə müşavirələr Azərbaycan cəmiyyətində, ölkəmizin iqtisadi strukturlarında yeni iqtisadi təfəkkürün formalaşmasına yönəldilib.

Nəticə ondan ibarət olacaq ki, Azərbaycanın ixrac potensialı yaxın illərdə ən azı iki-üç dəfə artacaq. Fındıqçılığın, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi, yeni badam bağlarının salınması, şəkər istehsalı ilə əlaqədar əlavə tədbirlərin görülməsi, zeytun bağlarının salınması, yeni meyvə-tərəvəz anbarlarının tikilməsi, məhsulun dünya bazarlarına çatdırılması - bütün bunlar bizim gələcək hədəflərimizdir. Əminəm ki, bu hədəflərə uğurla nail olacağıq. Gələcəkdə biz xarici ölkələrə gedəndə görəcəyik ki, həmin ölkələrdə Azərbaycan brendi, Azərbaycan məhsulu var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub