İQTİSADİYYAT
Ziyad Səmədzadə: Xəzər dənizi ilə bağlı elmi araşdırmaların aparılması labüddür
Bakı, 17 aprel, AZƏRTAC
Xəzər dənizi ilə bağlı elmi araşdırmaların aparılması labüddür. Vaxtilə Xəzər dənizi hövzəsi ölkələrində ən güclü elmi və texniki potensial Azərbaycanda olub. Ona görə də bu ənənələri davam etdirmək yaxşı olardı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasında Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.
Deputat Xəzər dənizində süni torpaq sahəsinin yaradılması ilə bağlı qanun layihəsinin böyük perspektivinin olacağını qeyd edib.
“Əgər elmi araşdırmalar aparılsa, yaxın 10 il ərzində nə qədər süni torpaq sahəsinin salınacağını bilmək olar. İlk olaraq süni torpaq sahəsinin yaradılmasına Nargin adasından başlamaq olar. Bu, həm də Azərbaycan xalqının arzusudur”, - deyə deputat bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]