“ZOLOTOY BUF” BEYNƏLXALQ SİRK FESTİVALINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNUR
Moskva Dövlət Sirkində “Zolotoy buf” adlı beynəlxalq sirk festivalı keçirilir.
Bakı Dövlət Sirkinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunur.
Festivalın birinci turu başa çatmışdır. Bakı Dövlət Sirkini festivalda hava gimnastı Allahverdi İsrafilov təmsil edir. Sentyabrın 18-də keçirilmiş turda həmyerlimiz yüksək səslə növbəti tura vəsiqə qazanmışdır.
Dünya ölkələri sirklərinin qatıldığı festivalın final mərhələsi bu ilin dekabrında olacaqdır.
Festivalın təşkilatçısı və rejissoru Moskva Dövlət Sirkinin departament direktoru, həmyerlimiz, Rusiya Federasiyasının əməkdar artisti Murad Abdullayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]