Zorla vətəndaşın pulunu almış quldurlar yaxalanmışlar
Bakı, 18 may (AZƏRTAC). Xəbər verildiyi kimi, aprelin 29-da Cümşüd Mustafayevə zor tətbiq edilərək 600 manat pulu alınmışdır.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Qalib Nəbiyev yaxalanmışdır.
Binəqədi Rayon Polis İdarəsi 5-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Kamran Bayramova zor tətbiq edərək 785 manat pulunu almış Valeh Musayev tutulmuşdur.
Nizami Rayon Polis İdarəsi 24-cü bölməsinin əməkdaşları quldurluqla məşğul olan Ramin Mahmudovu saxlamışlar. R.Mahmudov mayın 16-da Bakı şəhər sakini Zərifə Məsumovaya zor tətbiq edərək içərisində 37 manat olan pul kisəsini almışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır. Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]