Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü İndoneziyanın Bakrie Universitetində qeyd edilib

25.05.2022 [19:43]
Mayın 25-də İndoneziyanın Cakarta şəhərində yerləşən Bakrie Universitetində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Dövlətçiliyin möhkəmləndirilməsində liderlərin rolu” mövzusunda tədbir keçirilib ...

Vüqar Rəhimzadə: Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixin ən yüksək zirvəsindədir

25.05.2022 [19:18]
Azərbaycan tarixi Zəfəri ilə dünyanın diqqətini ədalətin, beynəlxalq hüququn mövcud olduğu ana yönəltməklə yanaşı, kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğunu ortaya qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu ...

Azərbaycanla Kanada arasında parlamentlərarası əlaqələr müzakirə olunub

25.05.2022 [19:06]
Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki ...

Brüssel görüşü Azərbaycanın dəyişməyən mövqeyini bir daha təsdiqlədi

25.05.2022 [18:54]
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü zamanı müzakirə edilən məsələlər, həmçinin əldə olunan razılaşmalar bölgədə sülhün yaranması istiqamətində atılan növbəti addımdır ...

Parlamentdə 2021-ci il dövlət büdcəsinin icrası müzakirə ediləcək

25.05.2022 [18:20]
Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, gündəliyə 6 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə ...

Deputat: Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması prosesini Prezident İlham Əliyev idarə edir

25.05.2022 [18:14]
Brüsseldə növbəti görüş Azərbaycanın haqlı maraqları baxımından kifayət qədər əhəmiyyətli oldu. Aprel ayının 6-da keçirilən görüşdən sonra Azərbaycanın mövqelərinin daha güclənməsini şərtləndirən elementlərin meydana gəldiyini qeyd etmək olar. Brüsseldə baş tutan ikinci görüşlə üçüncü görüş arasındakı zaman kəsiyində ...

Tehranda Azərbaycanın Müstəqillik Günü böyük təntənə ilə qeyd olunub VİDEO

25.05.2022 [17:47]
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının İrandakı səfirliyi Tehran şəhərinin möhtəşəm “İstiqlal” mehmanxanasında mərasim təşkil edib. AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Azərbaycan, İran ...

Azərbaycanın Müstəqillik Günü Koreya Respublikasında qeyd olunub VİDEO

25.05.2022 [17:32]
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 28 May - Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seulda rəsmi qəbul keçirib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Koreya Respublikasının dövlət və hökumət rəsmiləri ...

Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

25.05.2022 [17:09]
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş tədbir keçiriləcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri ...

Hikmət Babaoğlu: Brüsseldə keçirilən üçtərəfli görüş sülh danışıqları prosesinin yeni mərhələsidir

25.05.2022 [16:59]
Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən əvvəl ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatdan ...

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi və nəqliyyat-logistika sferasında əhəmiyyətli rola malikdir

25.05.2022 [16:39]
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçüncü görüşü baş tutdu. Şarl Mişelin bəyanatı bir daha göstərdi ki, görüşdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi şərtlər daxilində müzakirələr aparılıb və qərarlar qəbul olunub ...

Fransanın radiosunda Brüssel görüşünün konkret nəticələrindən danışılıb

25.05.2022 [16:38]
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin “Radio courtoisie” radiosunun qonağı olub. AZƏRTAC xəbər verir ki, verilişdə üçtərəfli Brüssel görüşündən, ölkəmizin tarixi, Qafqaz Albaniyası, ölkə ərazisindəki kilsə ...

Müdafiə naziri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb

25.05.2022 [16:21]
Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata ...

Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub

25.05.2022 [16:19]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May - Müstəqillik Günü Batumidə geniş qeyd olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Batumi Dövlət Vokal ...

Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir

25.05.2022 [15:55]
Türkiyənin Konya vilayətində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir. AZƏRTAC xəbər verir ki, “Anadolu Qartalı-2022” xilasetmə və havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava dəstəyini ...

Tacikistanda 28 May-Müstəqillik Günü münasibətilə mərasim təşkil edilib

25.05.2022 [15:01]
Azərbaycanın dövlət bayramı 28 May –Müstəqillik Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycanın Tacikistandakı Səfirliyi Düşənbənin “Hyatt Regency” otelində rəsmi ziyafət təşkil edib ...

Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib

25.05.2022 [14:57]
Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən ...

Politoloq: Avropa İttifaqı regionda sülhün və təhlükəsizliyin dayanaqlı olmasında maraqlıdır

25.05.2022 [14:55]
Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ümumilikdə beş saat çəkməsi göstərir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub. Avropa İttifaqı ...

“Sərhəd mənim taleyimdir” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

25.05.2022 [14:54]
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının klubunda görkəmli hərbi xadim general-mayor Abbasəli Novruzovun 85 illik yubileyinə həsr olunan “Sərhəd mənim taleyimdir” adlı vətənpərvərlik tədbiri keçirilib ...