100 MİN BAŞLIQ BROYLER QUŞÇULUQ FABRİKİ TİKİLİR
Cəmiyyət vaxtilə 45 min quş bəslənilən, hazırda istifadəsiz qalan fabrikin bazasında böyük istehsal sahəsi yaradır. Bu ilin ikinci yarısında tam istifadəyə verilməsi nəzərdə tutulmuş müəssisədə 100 min baş broyler bəslənəcəkdir.
Səhmdar cəmiyyətin sədri Zahid Qardaşov AZƏRTAC-ın müxbirinə demişdir ki, hələlik 300 milyon manatlığadək iş görülmüşdür. Müasir tələblərə cavab verən yeni avadanlıq alınıb quraşdırılmışdır. Bir neçə sex istifadəyə hazırdır. Fabrikin tam gücü ilə işlənməsi üçün daha 200 milyon manat xərclənəcəkdir.
İndi fabrikdə 30 nəfərədək işçi çalışır. İlin ikinci yarısından etibarən onların sayı 100 nəfərdən çox olacaqdır.